“Fərdi jurnalist müsabiqəsi”nin nəticələri - Siyahıda Hafta.az-da var

15:28 08.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən oktyabrın 30-da elan olunmuş "Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb.

Hafta.az xəbər verir ki, müsabiqədə “Ən yaxşı reportaj”, “Ən yaxşı ictimai-siyasi təhlil”, “Ən yaxşı sosial-iqtisadi təhlil”, “Ən yaxşı müsahibə”, “Ən yaxşı mədəniyyət materialı”, “Ən yaxşı köşə yazısı”, “Ən yaxşı jurnalist araşdırması”, “Ən yaxşı oçerk”, “Ən yaxşı ictimai-siyasi reportaj”, “Ən yaxşı sosial-iqtisadi reportaj” və “Ən yaxşı tematik (idman, mədəniyyət və s.) reportaj” nominasiyaları üzrə qaliblər müəyyənləşib.

Qaliblər arasında Hafta.az-ın əməkdaşı da var.